Buta Ukrayna

İnformasiya portalı

Trampın «pul kisəsi» sayılan milyarder dünyasını dəyişdi

Las-Veqas və Makaoda kazinolara sahib olan 88 yaşlı Amerikalı milyarder Şeldon Adelson dünyasını dəyişib.

Onu hətta hazırki ABŞ prezidenti Donald Trampın «pul kisəsi» adlandırırdılar.

Adelsonun ölüm səbəbi kimi uzun illərdir əziyyət çəkdiyi limfoma kəskinləşməsi göstərilir.

Qeyd edək ki, Trampa qarşı şəxsi simpatiyası ilə seçilən mərhum milyarder 2020-ci ildə Respublikaçılar Partiyasına 430 mln dollar vəsait ayırıb.