Tsarukyan: Paşinyanla onun istefa şərtlərini müzakirə etdik

“Baş nazir Nikol Paşinyanla görüşdə ona ölkənin indiki ağır vəziyyətdən çıxarılması məqsədilə istefası zərurəti haqqında bildirdim”.
Bunu Ermənistanın baş naziri ilə görüşdən sonra jurnalistlərə «Çiçəklənən Ermənistan» Partiyasının lideri Qaqik Tsarukyan deyib.
«Paşinyana dedim ki, yeganə çıxış yolu onun istefasıdır, partiyamızın mövqeyi dəyişməyib. Əgər növbədənkənar parlament seçkilərindən danışırıqsa, o zaman hesab edirəm ki, müvəqqəti baş nazir olmamalıdır. Bu şərtləri qəbul etsə, onda hər şeydən danışacağıq”, — Tsarukyan bildirib.
Tsarukyan Paşinyanın bu tələbə necə reaksiya verdiyini açıqlamayıb.
“Report” xatırladır ki, Ermənistan baş nazirinin müxalif partiya sədri ilə görüşü parlamentdə olub.