Buta Ukrayna

İnformasiya portalı

Türk əsgəri daha 3 terrorçunu zərərsizləşdirdi

Suriyadakı “Sülh bulağı” və “Fərat qalxanı” əməliyyatlarında PKK/YPG qruplaşmasının 3 terrorçusu məhv edilib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, “Sülh bulağı” əməliyyatının keçirilməsi zonasına girməyə cəhd edən 2 terrorçu, “Fərat qalxanı” zonasında yerləşən rayonlara hücum hazırlayan 1 terrorçu xüsusi təyinatlılar tərəfindən məhv edilib.