Türkiyədə benzin bahalaşdı

Türkiyədə bu gecədən etibarən benzinin bir litrinin qiyməti 11 kuruş (təxminən 2,6 qəpik- red) artacaq.
Bu barədə Türkiyə Enerji Neft Qaz Quraşdırma Stansiyaları İşəgötürənlər Birliyinin (EPGİS) məlumatında deyilir.
Artımdan sonra Ankarada benzin 7,27 lirədən, İstanbulda 7,24 lirədən, İzmirdə 7,30 lirədən hesablanacaq.