Buta Ukrayna

İnformasiya portalı

Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə son sutka ərzində koronavirusdan 159 nəfər dünyasını dəyişib, 752-si simptomatik olmaqla 6 435 pasiyent «COVID-19» xəstəsi kimi qeydiyyata alınıb.

Bu barədə “Qafqazinfo” Türkiyə Səhiyyə Nazirliyinə istinadən xəbər verir.

Bununla da ölkədə «COVID-19″dan ölənlərin sayı 24 487-yə, bu virusa yoluxanların sayı isə 2 406 216-ya çatıb.

Ümumilikdə 27 milyondan çox test aparılıb.