Buta Ukrayna

İnformasiya portalı

Ukraynada qaz boru kəmərində güclü partlayış — Foto

Ukraynanın Poltava vilayətində «Urenqoy-Pomari-Ujqorod» qaz kəmərində güclü partlayış baş verib.

Hələ səbəbi bilinməyən partlayış camaat arasında çaxnaşmaya səbəb olub, məntəqələrə qazın verilməsində fasilə yaranıb.

«Bölgədə partlayış olduğu təsdiqlənib. Polis bölmələri və təcili yardım xidmətinin işçiləri hadisə yerində araşdırmalara başladılar. Hələlik bildiyimiz budur» ,- deyə Poltava Polisinin məlumatında bildirilir.

Xəsarət alanların sayı barədə hələ dəqiq məlumat yoxdur. Hadisə yerində araşdırmalar davam edir.