Buta Ukrayna

İnformasiya portalı

Ukraynalı azərbaycanlılar “Milli İcmalar” layihəsində — VİDEO

“Ukraynalı könüllülər” ukraynalıların soy kökünü, kim olduqlarını araşdıraraq bütün dünyaya yaymağa çalışan bir media layihəsidir.

Layihənin məqsədi mənfi stereotipləri dağıdaraq insanların bir-birinə açıq və dəyişməyə hazır olduğu bir cəmiyyəti inkişaf etdirməkdir.

Bu qrup insanların Ukrayna ilə daha yaxından tanış olması üçün bir sıra layihələr həyata keçirirlər. Bu layihəlrdən biri də «Milli İcmalar» layihəsidir. 

Bizim.Media xəbər verir ki, layihənin bu dəfəki xüsusi buraxılışı «Ukrayna azərbaycanlıları» sujeti ilə yadda qalıb.

Layihənin qəhrəmanları ictimai xadim, Ukraynada olan Azərbaycanlı Gənclər Birliyinin rəhbəri İlhamə Allahverdiyeva və jurnalist, ictimai xadim Azad Səfərov olub.

Layihədə qəhrəmanlar Ukraynadakı azərbaycanlıların həyat və fəaliyyətindən söhbət açıblar. Onlar Ukraynada yaşayan azərbaycanlıların hər zaman adət-ənənələrini və mədəni irslərini qoruyub saxlamalarından, Ukrayna ilə Azərbaycan arasında olan isti münasibətlərdən bəhs ediblər.

Bundan başqa sujetin baş qəhrəmanları Ukraynaya bəslədikləri böyük sevgidən də danışıblar.

Sözügedən videonu təqdim edirik: