Xalq artisti koronavirusa görə xəstəxanaya yerləşdirildi — Vəziyyəti ağırdı — FOTO

Azərbaycanın Xalq artisti Sabir Əliyev də koronavirusa yoluxub.
Bu barədə «ölkə.az»-a prodüser Sənan Sərdaroğlu məlumat verib.
Onun sözlərinə görə, sənətkar hazırda reanimasiyadadır, vəziyyəti ağırdır.
Qeyd edək ki, S.Əliyev 1948-ci ildə Cəlilabad rayonunda anadan olub. 2005-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 2017-ci ildən isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adını daşıyır.
