Buta Ukrayna

İnformasiya portalı

Xarkovda qocalar evi yandı — 15 nəfər öldü

Ukraynanın Xarkov şəhərində ikimərtəbəli qocalar evində yanğın baş verib.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, yanğın zamanı 15 nəfər ölüb, 5 nəfər yanıq xəsarəti alıb. Yanğının baş vermə sahəsi 100 kvadrat metr ərazini əhatə edib.

Yanğını söndürmək üçün hadisə yerinə 28 xilasedici, 7 texniki vasitə cəlb olunub. İnsident ümummilli fövqəladə hal elan edilib.