Buta Ukrayna

İnformasiya portalı

«Yuventus» gənc hücumçunu icarəyə götürəcək — SON DURUM

«Yuventus» «Sassuolo»nun hücumçusu Canluka Skamakka transferini bitirməyə yaxındır.

Məlumatı «La Gazzetta dello Sport» yayıb.

Turin təmsilçisi 22 yaşlı oyunçunu sonradan transfer hüquqlarına yiyələnmək şərti ilə 18 aylıq icarəyə götürəcək.

Hazırda icarə əsasında «Cenoa»da oynayan İtaliyanın U-21 millisinin üzvü bu mövsüm A Seriyasında 13 matça çıxıb. Bu görüşlərdə 2 qol və 1 məhsuldar ötürmə ilə diqqət çəkən gənc forvard ölkəsində böyük gələcək vəd edən oyunçulardan sayılır.