«Zenit» millimizin üzvü ilə anlaşdı

«Zenit” qadınlardan ibarət Azərbaycan millisinin üzvü Jalə Məhsimova ilə müqavilənin müddətini uzadıb.
25 yaşlı futbolçu ilə 1 illik yeni sözləşmə imzalanıb.
Təcrübəli müdafiəçi ötən ilin yayından Sankt-Peterburq təmsilçisində çıxış edir.
Qeyd edək ki, Jalə Məhsimova daha əvvəl Rusiyada «Torpedo”, Azərbaycanda isə «Sumqayıt», «Səbail” və «Uğur” klublarının formasını geyinib.