De Xeadan yeni rekord

“Mançester Yunayted”in qapıçısı David de Xea yeni rekord imza atıb.
İngiltərə Premyer Liqasının XVII turunda “Aston Villa”ya qarşı matç (2:1) onun klubdakl 327-ci oyunu olub. Bu isə komandanın legioner futbolçuları arasında yeni bir rekorddur.
Əvvəlki rekord “qırmızı şeytanlar”da 326 matç keçirən irlandiyalı Roy Kinə məxsus idi.