Məşhur yapon «Braziliya» klubundan ayrıldı

Yapon yarımmüdafiəçi Keysuke Honda Braziliyanın «Botafoqo» klubunu tərk edib.
34 yaşlı futbolçu «Twitter» hesabında belə yazıb:
«Komandaya yaxşı nəticə qazandıra bilmədiyim üçün mənə yönələn tənqidləri qəbul edirəm. Tənqid olunmaq təbii haldır. Üzüntülərə qərq etdiyim üçün üzr istəyirəm. Özüm də pərişanam».
2008-2018-ci illər aralığında Yaponiya millisinə çağırılan Honda bu mövsüm «Botafoqo» formasıyla 27 oyuna çıxaraq 3 qol vurub.