Mahir Emreliyə Polşadan «elçi» var

Azərbaycan millisinin və «Qarabağ”ın hücumçusu Mahir Emreli karyerasını Polşada davam etdirə bilər.
Bu barədə Polşa mətbuatı məlumat yayıb.
İddiaya görə, «Zaqlebye”nin 24 yaşlı forvardın keçidində maraqlıdır. Ön xətt üçün bir neçə futbolçu ilə bağlı araşdırma aparan Lubin təmsilçisinin alternativlərindən biri də məhz Emrelidir. Onun «Qarabağ”la müqaviləsinin müddəti mövsümün sonuna qədərdi ki, bunun da Polşa klubu üçün ümidverici olduğu vurğulanıb.
Qeyd edək ki, «Zaqlebye” Polşa Ekstraklasasında 14 turdan sonra 22 xalla 6-cı pillədə qərarlaşıb. Mahir Emreli isə cari mövsüm Premyer Liqada 9 matçda 7 qola imza atıb.