Buta Ukrayna

İnformasiya portalı

«Real»ın 2 futbolçusu klubun müqavilə təklifini geri çevirdi — SON DURUM

Madrid «Real»ı müdafiəçisi Serxio Ramos və yarımmüdafiəçisi Lukas Vaskeslə yeni müqavilə ilə bağlı razılığa gələ bilmir.

Hər iki oyunçu Madrid klubunun bu yaxınlarda etdiyi son təklifi də geri çevirib.

Danışıqların davam etdirildiyini açıqlayan mənbə sözügedən oyunçuların şərtlərin yaxşılaşdırılmasını istədiklərini vurğulayıb və bu gedişlə, klubun hər iki futbolçunu itirəcəyini qabardıb.

Qeyd edək ki, Ramos və Vaskesin İspaniya nəhəngi ilə olan müqavilələrinin müddəti bu yay bitəcək.