«Yuventus» İtaliya Superkubokunu qazandı

Bu gecə İtaliya Superkubokunun final görüşü reallaşıb.
«Mapey-Çitta-del-Trikolore»də baş tutan həlledici matçda «Yuventus» «Napoli» ilə qarşılaşıb.
İlk yarısı qolsuz bitən oyunda hesabı turinlilərin superulduzu Kriştianu Ronaldu açıb. Görüşün 80-ci dəqiqəsində «Yuvenstus»un qapısına penalti təyin edilsə də, neapolluların italiyalı forvardı Lorentso İnsinye şansından faydalana bilməyib. Əsas vaxta əlavə edilmiş 5-ci dəqiqədə isə Morata son nöqtəni qoyub.
Beləliklə, «Yuventus» tarixində 9-cu dəfə İtaliya Superkubokuna yiyələnib.
İtaliya Superkuboku
«Yuventus» — «Napoli» 2:0
Qollar: Ronaldu, 64, Morata 90+5