Buta Ukrayna

İnformasiya portalı

Zelenski Azərbaycan əsilli komandirə “Ukrayna Qəhrəmanı” adı verdi — FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan əsilli ukraynalı hərbçiyə “Ukrayna Qəhrəmanı” fəxri adını verib.

Bu barədə məlumatı Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski öz tviter hesabında paylaşıb.

Onun sözlərinə görə, Zelenski 92-ci əlahiddə mexanikləşdirilmiş briqadanın tağım komandiri, Azərbaycan əsilli Ukrayna vətəndaşı baş leytenant Ağasıyev Kiril Yaşar oğluna “Ukrayna Qəhrəmanı” fəxri adını verib.