Buta Ukrayna

İnformasiya portalı

Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI + FOTO

Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə qurumun sosial şəbəkə hesabında paylaşım edilib.

Qeyd olunub ki, döyüşlərin başladığı gündən bu yana Rusiya tərəfinin şəxsi heyəti arasında itkilər 26650 min nəfərə çatıb.

Gedən döyüşlərdə Rusiya ordusunun 1 195 tankı, 2 873 zirehli döyüş maşını, 534 artilleriya sistemi, 191 reaktiv yaylım atəşi sistemi, 87 HHM sistemi, 199 təyyarəsi, 161 helikopteri, 2019 avtomobil texnikası, 13 gəmisi, 398 kəşfiyyat PUA-sı, 41 xüsusi texnikası, 94 qanadlı raketi məhv edilib.