Buta Ukrayna

İnformasiya portalı

Dünyanın ən çox qazanan idmançıları açıqlandı

“Forbes” 2022-ci il üzrə dünyada ən çox qazanan idmançıların siyahısını tərtib edib.

Siyahıya Argentina millisinin və Fransanın PSJ klubunun hücumçusu Lionel Messi başçılıq edir. Onun qazancı 130 milyon dollar təşkil edir.

Amerikalı peşəkar basketbolçu Lebron Ceyms 121 milyon dollarlıq qazancı ilə ikinci sırada qərarlaşıb. Portuqaliya yığmasının və İngiltərənin “Mançester Yunayted” komandasının hücumçusu Kristiano Ronaldo isə üçüncüdür – 115 milyon dollar.

Siyahının ilk 10 pilləsində bu idmançılar yer alıblar:

Lionel Messi – 130 milyon dollar
Lebron Ceyms – 121 milyon dollar
Kristiano Ronaldo – 115 milyon dollar
Neymar – 95 milyon dollar
Stefen Karri – 92.8 milyon dollar
Kevin Durant – 92 milyon dollar
Rocer Federer – 90,7 milyon dollar
Kanelo Alvares – 90 milyon dollar
Tom Breydi – 83.9 milyon dollar
Yannis Antetokounmpo – 80.9 milyon dollar