Buta Ukrayna

İnformasiya portalı

Azərbaycanın xarici ölkələrdə neçə diplomatik nümayəndəliyi var? — RƏSMİ

Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin sayı açıqlanıb.

Bu barədə xarici işlər naziri Ceyhun Bayramov məlumat verib.

O bildirib ki, hazırda Azərbaycanın dünyanın 77 ölkəsində diplomatik nümayəndəliyi fəaliyyət göstərir.

Nazir həmçinin qeyd edib ki, hazırda Azərbaycanda 88 ölkənin və beynəlxalq təşkilatın nümayəndəliyi, 15 xarici dövlətin konsulluğu akkreditə olunub.