08.12.2021

Buta в Украине

Информационный портал

İrəvan odla oynasa, yenə “dəmir yumruq” yeyəcək — Ermənistan silahlanma yarışını unutmalıdır!..

Bakı və Ankaranın səbri yenə sınağa çəkilir; məğlub ölkənin regionda meydan sulamasına bir daha imkan verilməyəcək; Türkiyə XİN-dən xəbərdarlıq: “Rusiya atəşkəs pozuntularının qarşısını almalıdır, əks halda…”

44 günlük Vətən savaşımız möhtəşəm qələbəmizlə bitsə də, Ermənistanla haqq-hesabımız bitməyib. Qarşıda hələ dövlət sərhədimizin tam bərpası, Qarabağ ərazisindəki işğalçı ordunun qalıqlarının axırına çıxılması, ya da onların ərazilərimizdən qeyd-şərtsiz çıxarılması və əlbəttə ki, İrəvana qarşı beynəlxalq məhkəmələrdə təzminat davası açmağımız var.

Şübhə yox ki, Azərbaycan addım-addım bu hədəflərə doğru gedəcək. Özü də təbii strateji müttəfiqimiz qardaş Türkiyə ilə sinxron şəkildə. Hələliksə əsas diqqət II Qarabağ müharibəsindən sonra imzalanmış üçtərəfli sənədə uyğun surətdə ərazilərimizin erməni quldur-terrorçu tör-töküntülərindən maksimum qısa zamanda təmizlənməsinədir.

Əfsuslar olsun ki, bölgədə Rusiya sülhməramlılarının olmasına güvənən cinayətkar ünsürlər vaxtaşırı özlərini büruzə verir, hərbçilərimizə, mülki şəxslərimizə hücumlar etməkdən belə çəkinmirlər. Sözsüz ki, onların cavabı ən sərt şəkildə verilir və bundan sonra da veriləcək.

“Qarabağda yaşayan dinc erməni sakinlərlə heç kimin işi yoxdur. Onlar Azərbaycanın vətəndaşları kimi ”dinc» olduğu müddətcə qalıb yaşaya bilərlər. Bu adamların təhlükəsizliyinə və hüquqlarının təminatına ən ali səviyyədə təminat verilib».

Bu sözləri ATƏT PA-nın vitse-prezident, deputat Azay Quliyev deyib.

Ancaq onun sözlərinə görə, kimsə əlinə silah alıb bizim əsgərimizə, yaxud hüquq-mühafizə orqanlarının əməkdaşlarına xəsarət yetirməyə qalxarsa, o zaman həmin şəxslərə qanunun sərt dili ilə cavab veriləcək. “Hamı bilməlidir ki, Qarabağda bu cür qanunsuz silahlılar bizim üçün terror təhdidi yaradır və terrorçulara münasibətdə başqa ölkələr hansı addımlar atırsa, biz də eyni addımları atacağıq. Bu işə heç kim müdaxilə edə və Azərbaycanın suverenliyinə və təhlükəsizliyinə təhlükə törədən bu terrorçuların və ya qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsinə mane ola bilməz”, — deyə o bildirib və əlavə edib ki, hər kəs, xüsusən də sülhməramlılar öz vəzifə və səlahiyyətlərini dəqiq icra etməli və onlara verilən mandatdan kənara çıxmamalıdır.

Azay Quliyev üçün özəl gün - FOTOLAR - Modern.Az Azərbaycan və dünya  xəbərləri

Azay Quliyev

“Azərbaycan ərazisindən erməni işğalçı ordusunun qalıqları tam çıxarılmadan azad edilmiş torpaqlarda möhkəm sabitliyə nail olmaq mümkün olmayacaq”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu isə rusiyalı tanınmış tarixçi alimi və politoloq Oleq Kuznetsov “Vesti Kavkaza” portalına söyləyib.

“Hələ ki erməni silahlıları Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan torpaqlarında qalır və ərazidə problemlər yaradır. Onların mövcudluğu vəziyyəti laxladan bir amildir və tamamilə mümkündür ki, onlar Azərbaycan ərazilərində təxribat əməliyyatları üçün kadr mənbəyidirlər. Bu isə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış razılaşmanın reallaşmasına qətiyyən kömək eləmir”, — analitik vurğulayıb.

Kuznetsov Azərbaycan təcrübəsindən danışdı

Oleq Kuznetsov

Onun müşahidəsinə əsasən, hələlik sözügedən qüvvələrin çıxarılması baş vermir, Rusiya sülhməramlıları isə belə bir tapşırığı yerinə yetirmirlər. “Ona görə 10 noyabr tarixli sazişin həyata keçirilməsi prosesi ləngiyir. Ancaq gözləmək lazımdır ki, azad edilmiş ərazilərdə mülki Azərbaycan idarəçiliyi yaradıldıqca, belə bir proses mütləq başlayacaq və hansısa təşkilati tamlıq əldə edəcək. O zaman onları Azərbaycandan çıxarılması nisbətən asan olacaq — Ağdam, Kəlbəcər və Laçın bölgələrində olduğu kimi”, — rusiyalı tarixçi əlavə edib.

*****

Artıq erməni silahlı təxribatları ilə bağlı Türkiyənin hərbi rəhbərliyindən də sərt reaksiyalar və xəbərdarlıqlar gəlib. Türkiyənin milli müdafiə naziri Hulusi Akar “müqavilə pozularsa, vaxt itirmədən müharibə variantına keçə bilərik” sözləri bunun bariz sübutudur. Yəni nəinki Bakı, Ankara da silahlı terrorçuların nazı ilə oynamaq fikrində deyil.

“Rusiya atəşkəs pozuntularının qarşısını almalıdır. Əks təqdirdə, Azərbaycan Prezidenti İlham Əliyev hansı addımlar atılacağının mesajını verib”.

Bunu isə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Qardaş ölkənin baş diplomatı onu da bildirib Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzi ən qısa zamanda, Azərbaycanın dediyi yerdə yaradılacaq. “Cənubi Qafqazdakı sabitlikdən Ermənistan və erməni xalqı da faydalanacaq”, — deyə Çavuşoğlu əlavə edib.

*****

Mənim kəndim - Qabil Hüseynli: “Anamın əziyyət çəkməyinə dözmədim” - LAYİHƏ  - modern.az

Politoloq Qabil Hüseynli Akarın Qarabağdakı vəziyyətlə bağlı Türkiyə Böyük Millət Məclisinin iclasında söylədiyi yuxarıdakı fikri çox yüksək qiymətləndir (Axar.az). O, regionda 27 ildir müharibənin və işğalın bitməməsinin tək səbəbi kimi güc balansının təktərəfli olmasını göstərib: “Əgər real yanaşsaq, 44 günlük müharibəyə qədər Cənubi Qafqaz Rusiyanın ”arxa bağçası» hesab edilirdi. Yəni bu regionda baş verən bütün proseslərə Kremlin ən azından nəzarəti var idi. Bu gün isə bölgədə yeganə söz sahibi Rusiya deyil. Türkiyənin regionda varlığı danılmaz bir fakt, bəziləri üçün isə acı reallıqdır. Məhz bu reallıq da 27 ildir dondurulan, dalana dirənən Ermənistan-Azərbaycan münaqişəsinin həllini təmin etdi».

Milli Savunma Bakanı Hulusi Akar kimdir? Hulusi Akar kaç yaşında? - Son  dakika haberleri

Hulusi Akarın

Politoloq bu xüsusda Hulusi Akarın çıxışını möhtəşəm hesab edir. “Türkiyənin sərt güc siyasətinin təcəssümü olan Akar ölkəsinin adından açıqca dedi ki, Ermənistan kimlərəsə güvənib üçtərəfli sülh bəyanatının tələblərini pozarsa, vaxt itirmədən müharibə variantına keçə bilərik. Hətta çıxışında Akar onu da vurğuladı ki, Azərbaycanın təhlükəsizliyinin qarantı Türkiyədir. Hər kəs bilir ki, rəsmi Ankara bir məsələyə müdaxilə etdisə, nəticəsi müharibə olsa belə, həll etmədən əl çəkməyəcək. Türkiyə ilə müharibə etmək isə heç bir ölkə üçün arzuolunan deyil. Çünki Türkiyəyə qalib gəlmək ”Pirr qələbəsi» kimi məğlubiyyətə bərabər bir qələbədir. Bu mənada Ermənistan istəsə də, istəməsə də bəyanatın bütün tələblərini icra etməlidir və edəcək də!», — deyə politoloq sonda vurğulayıb.

*****

Məsələ də ondadır ki, erməni tərəfi Azərbaycana qarşı təxribatçı hərəkətlərdən, Bakı və Ankaranın səbrini yenə də sınağa çəkməkdən, odla oynamaqansa, yaxşı olar, iki qardaş ölkənin ona uzatdığı əməkdaşlıq əlini sıxmaq barədə ciddi düşünsün. Özü də vaxt itirmədən. Çünki xoş məram naminə uzatdığımız əl havada qalarsa, öz başı üzərində “dəmir yumruq” görər. Cırtdan və “izqoy” Ermənistan formal da olsa, dövlət kimi qalmaq və inkişaf yoluna tapmaq istəyirsə, həmçinin Azərbaycanla silahlanma yarışını, müharibəni birdəfəlik unutmalıdır.

Seçim həmişəki kimi, erməni xalqının və onun rəhbərliyinindir. Ermənistan bu tarixi şansı da qaçırsa, bir daha dirçəlmək fürsəti olmayacaq…    

buta.in.ua © Все права защищены.